02.04.2020 [14:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol klubu öz fəaliyyətinin 6-cı onilliyinə daxil olub.
“Traxtur” klubu 1970-ci ildə “Traktorsazi-i Təbriz” adı ilə təsis olunub. Klub 2008-ci ilədək İran Traktor Zavodunun himayəsində olub.
Məşhur klub iki il öncə özəl sektora buraxılıb. Hal-hazırda klubun sahibi Məhəmmədrza Zenuzidir. Bir müddət əvvəl klubun adı dəyişdirilərək Azərbaycanın Traktor Klubu adlandırılıb.
Azərbaycanlı azarkeşlərin “Traxtur” adlandırdığı klub 50 illik fəaliyyəti müddətində idman yarışlarında, xüsusi ilə də ölkə kuboku və super liqa yarışlarında bir çox uğurlara imza atıb. Lakin İran rejiminin ayrı-seçkilik siyasəti klubun daha çox irəli getməsinə hər zaman maneçilik yaradıb. “Traxtur” bir neçə dəfə müxtəlif bəhanələr və ssenarilərlə super liqa yarışlarında çempion olmaqdan məhrum edilib. Bu, əsasən Təhsil Nazirliyi və Futbol Federasiyasının gizli planları və hakimlərə verilən tapşırıqla mümkün olub.
“Traxtur” klubu azərbaycanlılar üçün təkcə futbol klubu kimi önəm daşımır. Bu komandanın yarışlarında həm də Güney Azərbaycan türklərinin demokratik və milli hüquqları dilə gətirilir. “Traxtur” tərəfdarları stadionlarda davamlı olaraq “türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “mənim dilim ölən deyil, özgə dilə dönən deyil”, “Urmu gölü bərpa olunmalıdır”, “Qarabağ türkündür, türkün olacaq” və s. kimi milli şüarlar səsləndirir. Təəssüflər olsun ki, demokratik və milli hüquqlarını dinc şəkildə dilə gətirən azərbaycanlı mədəni fəallar İran rejiminin təhlükəsizılik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılır, onlar ağır həbs cəzaları ilə üzləşir.
Ölkə daxilində milyonlarla azərbaycanlı tərəfdarı olan “Traxtur” komandası türk dünyasının da ən sevimli komandalarından biridir.
“Traxtur” komandası arazkeşlərinin sayına görə dünya üzrə tanınmış komandaların sırasındadır. Bu, müxtəlif beynəlxalq müəssisələrin açıqladığı reytinq cədvəllərində öz əksini tapıb.

Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |