Şrift:
Böhran yönətimi və məşruiyyət böhranı
05.10.2012 [12:32] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
(Qaradağ zəlzələsin örnək gətirərək)
Böhran nədir?
Günümüzdə bir çox elm alanlarının uğraşdığı məsələlərdən biri böhran məsələsidir. iqtisadiyyat, siyasət, müdürlük, tib, tarix, pesikoloji, uluslar arası ilişkilər... kimi sahələrin hər birində, böhranın nə olduğu ilə bağlı çeşitli açıqlamalar var. bu tanımlamaları(tərifləri) genəl olaraq iki bölümə ayırmaq olar. Birincisi sistem açısından yanaşmaq və ikincisi qərar vermə açısından yanaşmaq.
sistem baxışı açısından, böhranın təriflənməsi, onun necə baş verməsi ilə ilgilidir. Bu yanaşmada, Böhran Gerçəklikdə, somut(eyni) olaraq görünən, sistem öyələrində(unsur) baş verənlər açısından dəyərlənir. Sistemin bir bölümündə və ya bütünündə baş verən qarışıqlıq və düzənsizlik sonucunda, yaranan dəngə(təadul) pozuqluğu, böhran sayılır. Habelə sistemin işləvlərinin(fonksiyon) bir neçəsinin dayanması, sistemın ən önəmli varlıqlarının , dəyərlərinin, yaşamının və var olmasının təhlükədə olması kimi durumlara böhran deyilir.
Qərar vermə açısından böhrana baxıldıqda, böhranın özünün gerçəkdə var olmasından daha çox, onun alqılanması önəmlidir. Önəmli olan, zamanın qısıtlı(məhdud) olması, seçənəklərin az olması, bəlirsizlik(ibham), kontrolun əldən çıxması və həyati qərarların verilməsinə ehtiyac duymaqdır. Qərar vermə yanaşımında, əyər bu duyquları sistem sorumluları yaşamırsa, demək onların baxışında böhran yaranmayıb.
Bu iki yanaşımın təklikdə deyil, bir arada olması ilə böhran durumun açıqlamaq daha əlverişlidir. Deməli, böhrana genəl bir tanımlama yapırsaq, hər iki açıdan yanaşmaq gərəkir. Bunu nəzərdə alaraq böhranı beləcə açıqlamaq gərəkir:
Böhran hər hansı bir sistemin bir bölümü və ya bütününə yönəlik təhlükəli durumdur, bu təhlükəli durum hər an sistemi işdən salabilər, məhv edəbilər, işləvlərindən qoyar, ən dəyərli varlıqlarında qarışıqlıq, çürümə və çöküş yaradabilər. Bu durumu böhran olaraq bütünlədən, vəziyyətin böhran kimi alqılanması, zamanın dar olduğu, çıxış yollarının qısıtlı olduğunun his olmunması, acil və xərcli-həzinəli qərarlar verib, uyqulanmasının gərəkliyinin duyulmasıdır.
Böhranın vurqulanan hər iki yönü bir arada olduğu halda, onun yaradabiləcək təhlükələrini önləmə imkanı var, yoxsa böhran alqılanmazsa, sistemdə uyarma (xəbərdarlıq-hoşdar)görünmədən, bir anda inqilabi çöküş gerçəklənə bilər. Ayrıca, böhranın birinci boyutu (bod), yəni somutluğu(eyniliyi), gerçəkdə var olması olmazsa, sistem sorumluları gerçəkdışı(qeyri vaqei-kazib) bir böhran hisləri yaşasalar, sistemə istənilməz və gərəkməz həzinələr-xərclər yüklənə bilər.
Böhranlar düz və vaxtında ön görülməsə, böhran öncəsi, böhran sırası və böhran sonrası addımlar düzgün atılmasa, böhran faciəyə dönüşə bilər. Böhran içindən yeni böhranlar doğa bilər və qabaqcalar basdırılmış böhranlar özlərin yenidən göstərəbilərlər.
Məşruiyyət böhranı
Birisinin və ya bir qurumun başqalarına hakim olması, özlüyündə bərabərsizlikdir. Bu siyasi bərabərsizlik başqa eşitsizliklərdən daha çətin qəbul olunur. Onun üçündə, hakim olanlar bu bərabərsizliyə haq qazandırmalıdılar. əyər ortaya qoyulan tocih(qanıtlama) məhkumlar tərəfindən qəbul olunursa, hakim quvvənin hakimiyyəti məşru/yasal sayılır. Maks Veberin dediyinə görə, məşruiyyəti sağlayan üç təməl qaynaq və onların yaratdığı üç turlu(cur) məşruiyyət var:
-gələnəksəl məşruiyyət(sünnəti, dini məşruiyyət): hakimin hökm sürməsinə haq qazandıran gələnəklər, sünnət və din dir.
-Qanuni məşruiyyət: hakimin hökm sürməsinə haq qazandıran, qanundur.
-Karizmatik məşruiyyət: hakimin hökm sürməsinə haq qazandıran, hakimin olağanüstü özəllikləri və məhkumların ona qarşı sevgisidir. Insanlar hakimin özəl özəlliklərinə görə, onu sevir və hakim olmağı onun haqqı bilirlər.
Bundan başqa Can lak-ın ictimai anlaşma quramı, Roso-nun umumi iradə nəzəriyyəsi, Bentham-ın rizayət quramı(nəzəriyyəsi) kimi baxışlarda, bir turlu millətin razılığı, rəyi və iradəsi hakimiyyətin məşruiyyət qaynağı hesab olunur. Fonksiyonalistlər isə hakimiyyətin öz işləvlərini düzgün yerinə gətirə bilməsini, onun məşru olmasına gərəkli bilirlər. əlbəttə hakimiyyətin fonksiyonlarının nə olması da, bir turlu millətin baxışından asılıdır və bütün bunlar göstərir ki, millətin hakimlərin hakimiyyətdə olmasına haq verməsi , qaçılmaz bir faktordur.
Hakimiyyətin məşruiyyəti sual altına getdiyi zaman, və ya Can Lak-ın dediyi kimi hakimlərə olan güvən ortadan qalxarsa, hakimiyyətin yıxılmasına gətirib çıxarar. Məşruiyyəti təhlükədə olan hakimiyyət, doğru düzgün böhran içindədir. Ona görə ki məşruiyyət hakimiyyətin əsas varlıqlarındandır və var olmasını güvəncəyə(qarantiyə) alan etkən(amil) sayılır.
Hakimiyyətin yasallığı(məşruluğu) o zaman təhlükədə olur ki, məşruiyyəti yaradan amillər sarsılmağa(titrəməyə) başlasın. Xalqın hakimiyyətdə olanların düzlüyünə quşqulanması(şübhələnməsi), hakimiyyətə güvənsizliyi, hakimlərin pis şöhrətlərlə tanınması (o sıradan əxlaqsızlıq, rüşvət, oğurluq, ayrıseçkilik yapan və...) və ən önəmlisi hakimlərin üzərinə dayanaraq özlərinə haq qazandırdıqları ideolojinin laxlaması, məşruiyyət böhranının var olmasını göstərir. Bunların var olması ona görə böhran sayılır ki, hakimiyyətin varlığını və hakimiyyətdə qalmasını sual altına aparır. Məşruiyyəti xalq iradəsini nəzərdə almadan, tanrı ilə hakim arasında doğrusal(xətti) bir ilişkiyə bağlayanlar belə, məqbuliyyətin olmasının önəminə varmışlar. Yeni ideologiyaların və modern dəyərlərin ortaya çıxması və ardıca ictimai etiraz hərəkətlərinin yaranması, yeni karizmatik liderlərin hakimlərə rəqib olaraq meydana gəlməsi və iqtisadi-ictimai başqa böhranlar, hamısı hakimiyyətin məşruiyyət böhranına katalizor kimi etki(təsir) buraxır.
böhran yönətimi və Məşruiyyət böhranı
böhran yönətimi, yaranmış gərgin durumu kontrol edib, yenidən öz qaydasına salmaq, üstəlik onu yenidən canlanma fürsətinə çevirməkdir. Bu amaca çatmaq üçün , sistemin dəyərli öyələri(elemanları) sıralanmalı və onlara qarşı yaranacaq hər hansı təhlükə öngörülməli, yaranacaq təhlükənin sonucları və yan etkiləri bəlli olmalı və önləmlər(tədbirlər) yapılmalı, gərəkən böhran qurupu oluşmalı, öyrətilməli və böhran müdürü təyin olunmalıdır. Bu kimi görəvlər böhrandan öncə yapılarsa, böhran zamanı və ondan sonrakı işlər qolaylaşar. Bunları bütünlədən işləmlər (operasiyon) böhran zamanı və ondan sonrakı yatışdırıcı və toxtadıcı işlərdir. Anında bilgiləndirmə, güvən vermə, xalqın qatılımını(muşarikətini) sağlamaq, ümüd vermək, ziyan görənlərə yetişmək və... kimi hər böhran müdürünün bildiyi işləmlər gərəklidir.
Bütün bunlar düzgün yapılsada, hakimiyyətin sorumlu olduğu böhranlarda, iki önəmli məsələ bu girişimləri(cəhdləri) yararsız qoyar:
Birincisi, hakimiyyət ilə millətin sistemdəki dəyərli varlıqlara görə baxış fərqi və ikincisi, hakimiyyətin yaşadığı məşruiyyət böhranı.
vurqulandığı kimi, böhran yönətimində, ən önəmli məsələəlrdən biri böhranın düzgün alqılanmasıdır(dərk olunmasıdır). Sistemin yönəticiləri təhlükəni duymazlarsa və ya sistem varlıqlarına yönələn təhlükəni önəmsəməsələr, böhranın mənfi(olumsuz) yönü özün üzə çıxarar və böyük faciələrə nədən olar. Yaranmış böhran, yeni böhranları da doğura bilər və basdırılmış böhranları yenidən üzə çıxarar. Sistemin hakimləri ilə sistemin qalan üyələri arasında, varlıqların dəyərinə görə ortaq baxış olmasa, böhranların faciəyə dönüşməsi daha çox gözlənər. hakimiyyətin önəmsəmədiyi təhlükənin yaratdığı gerçək böhran, domino etkisi ilə, qıssa zamanda yayqınlaşa bilər, elə bir yerə gətirib çıxarar ki, daha hakimiyyətin böhranı kontrol etmək istəməsi də yararsız qalar.
Hakimiyyətin məşruiyyəti olmadığı zamanlar böhranı yığıştırmaq qat-qat çətinləşir və hakimiyyət sərt gücündən istifadə etmək məcburiyyətində qalır, buda məşruiyyətin dahada düşürür. Məşruiyyətin olmadığı zaman, millətin hakimlərə inam və güvəni yoxdur, hakimiyyətin dediklərinə inanmırlar, çağrışlarına qatılmırlar və hakimiyyətin verdiyi qərarlar və hökmlər keçərsiz qalır. Bu olqular (faktlar)böhran yönətimində ən əlverişsiz durumun yaranması deməkdir. Belə durumda hakimiyyət normal halda bacara biləcəyi işlərin də, düzgün yerinə gətirənməz və bu da böhranın qat-qat artmasına və bütün sistemi bürüməsinə , sonunda isə hakimiyyətin çökməsinə gətirib çıxarar. Bir məsələdə var ki, böhran zamanı hakimiyyətin məşruiyyətinin nə səviyyədə olması da ortaya çıxar. Üzə çıxmış məşruiyyət böhranı özü də, iqtidar məşruiyyətini də arxasınca gətirəbilər. məşruiyyəti və iqtidari düşmüş bir hakimiyyət defakto olaraq, yox səviyyəsindədir.
Qaradağ dəprəmi, böhran yönətimi və məşruiyyət böhranı açısından
(sonuc yerinə)
Qaradağ zəlzələsi, yuxarıdakı vurqulanan təməllərə görə dəyərləndirdikdə, təbiətin yaratdığı bir böhranıdı. Iran hakimiyyəti açısından bu zəlzələyə baxıldıqda, gerçəkdə var olan bir böhranın, hakimiyyət tərəfindən alqılanmaması gözə çarpdı. Sonucu isə təbii olaraq faciə ilə nəticələndi. Bu olay ona görə böhran sayılırdı ki, insanların canı, malı söz qonusuydu. Qaradağ, ölkənin sistem olaraq bir bölümü sayılsada, insanların canı ortada olduğu üçün, sistemin böhranı kimi dəyərlənməliydi. Insanların canı və mutluluğu söz qonusu olduğu zaman, millətə dayalı hakimiyyət gerçək böhran kimi davranmalıdır. Ancaq böhrandan öncə bu haqda önləyici iş yapılmamışdı, evlərin 6 ballıq dəprəmlə uçub tökülməsi, onların nəqədər dəprəm böhranına hazır olduqların göstərirdi. Hakimiyyət uzun illər boyu bu məsələni çözməmiş və hələdə bir çox bölgələrimiz eyni durumdadılar. Baş verəcək dəprəmdə, qaradağın talein başqa bölgələrimiz də yaşayabilər. bu saymazlıq və insanların canına biganə qalmaq, üzə çıxdığı zaman , hakimiyyətin məşruiyyətinə olumsuz təsir buraxdı.
Hakimiyyət deprəm qonusunda öz bacarıqsızlığını ortaya qoydu. Bir sıra kəndlərə böhranla ilgilənən rəsmi qurumların 6-7 saat zəlzələdən sonra ən az imkanlarla çatması bu bacarıqsızlığın bir örnəyiyidi. Bu bacarıqsızlıq qabaqkı illərin dəprəmində olsada, bu dönə internet və uydu(mahvarə) kimi yeni mediyalar bu bacarıqsızlığı üzə çəkdi, millətin umacağın hakimiyyətdən çoxaltdı. Bacarıqsızlıq və yararsızlıq hər yerdə olduğu kimi, burada da hakimiyyətin məşruiyyətinə böyük zərbə vurdu.
Böhran hallarında, özəlliklə zəlzələ kimi təbii böhranlarda, hakimiyyətin birinci rütbəli yetkililəri, ən qıssa zamanda millətə muraciət etməli, onlara ürək və ümüd verməli, dərddaşlıq edərək, hamını işbirliyə çağırmalı, ilgili məsullara böhranın ziyanların azaltmaq üçün kəsin buyruqlar verməli və ziyan görmüşlərə toxtaq, əzizlərin itirmişlərə baş sağlığı verməlidir. Ölkənin icrayi baxımdan birinci şəxsiyyətinin bu açıdan hər hansı nədənə görə çıxış etməməsi və üstəlik həmin dönəmdə, ziyarət səfərinə çıxması, millət yanında hansı fikri yarada bilərdi? Çox təbii olaraq, hamıda bu fikir yarana bilərdi ki, ölkə başçıları bu məsələyə saymazdılar, Buda yarandı. ölkə başçılarının millətin canının qaydına qalmaması, bir açıdan məşruiyyətinində olmaması deməkdir. Ona görə ki, bir fəlsəfi baxışa görə, hakimiyyətin məşruiyyəti, onun millətin səadəti uğrunda və əxlaqi dəyərlər uğrunda çalışmasından asılıdır.
Hakimiyyətin məşruiyyətini düşürən və böhranın artmasına səbəb olan başqa bir eyləm də, sistemə mənsub mediyaların vaxtında düzgün bilgi verməməsi və onun sonucunda şayiələrin(söyləntilərin) yayılması oldu. Belə ki, xarici mediyalar o cümlədən facebook, BBC və VOA və GUNAZ TV kimi televiziyalar xalqın xəbər qaynağı oldular. bütün bunlar hakimiyyətə etimadı-güvəni aradan aparmağa doğru getdi.
Vaxtından tez, hələ bir sıralarının torpaq altında olduğu zaman, böhran müdürünün “torpaq altında qalanları çıxarma işi bitdi” deməsi, onun ardıca diri olaraq çıxarılanlar , habelə həmin məsulların buna bənzər ört basdır etmə işləri, hadisəni böhran səviyyəsindən düşürmə çabaları, başqa mediyaların olduğuna görə məşruiyyət böhranın dahada artırdı. Beləki ölkə məsullarının sonrakı cubran etmə addımları da, vurulan bu zərbələri sağalda bilmədi.
Böhran zamanı umum milləti yardıma, dayanışmaya (həmbəstəgi) çağırmaqdansa, millət arasından yardıma gedənlərə və yardım yığanlara qarşı yapılan basqılar, hakimiyyətin etibarın və prestijin dahada korladı.
Qaradağ zəlzələsində ən önəmli məsələ və iran islam cumhuriyyətinin tarixində çox az görünən olay, xalqın hakimiyyətə güvənməməsinin açıq ortaya çıxmasıyıdı. Zəlzələ böhranı, yuxarıda sayılan bir sıra yan etkilərinə görə hakimiyyəti məşruiyyət böhranına sürükləyəbilər. ancaq qaradağ zəlzələsində, bununla yanaşı, və bundan daha qabarıq görünən, hakimiyyətin məşruiyyət böhranının üzə çıxmasıyıdı. Zəlzələ bölgəsinə yardım etmək istəyən insanların böyük çoxunluğu, ya yardımların öndə gedən milli fəalların vasitəsi ilə çatdırırdılar yada özləri bir başa qaradağa aparırdılar. Hakimiyyətə mənsub olan şəxslərə, orqanlara bu haqda güvənsiz olduqların aşkarca ortaya qoyurdular. Hakimiyyətlə siyasi fikir ixtilafında olan qurupların bu davranışı təbii görünsədə, adi insanların bu qədər hakimiyyət sorumlularına etimadsızlığı, böyük bir böhranın göstərgəsiyidi. Bəllidir ki, bu etimadsızlıq, uzun illərin məhsuluyudu. Etimad və güvənmək, bir hakimiyyətin məşruiyyətinə ilkin şərt sayılır. Etimad olduqdan sonra başqa məşruiyyət qaynaqları söz qonusu olur.
Böhran müdürlüyünün daşıdığı hədəflər içində, faciəni dayaz göstərmək yerləşmişdir. Bu hədəfin hansı niyyətdən qaynaqlandığından asılı olmayaraq, hakimiyyət məsullarına güvənsizlik və məşruiyyət böhranı, ona ulaşmağı əngəllədi. Yerdə qalan bir sual var:
Görəsən hakimiyyət, bu böhranı və faciəni dayaz göstərməsinə baxmayaraq, Azərbaycandaki məşruiyyət böhranınındamı dayaz olmasına inanır? Belə olursa, gerçək böhranı alqılamamaq və onu görməzdən gəlməsinin sonucları uyarmadan özün yaxın zamanda göstərə bilər.
Yürüş Mehrəlibəyli
Bu xəbər oxucular tərəfindən 1936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed