Şrift:
Almaniyada ümumi karantin rejiminin müddəti uzadılıb
03.04.2020 [09:52] - Gündəm, Hüquq
Almaniya hökuməti ümumi karantin rejiminin aprelin 19-dək uzadılması barədə qərar qəbul edib.

Dünən Almaniyanın 16 federal əyalətinin Baş nazirləri ilə telefon konfransının gedişində eşitdiyi arqumentlər Merkeli bu addımı atmağa vadar edib.

“Karantin məhdudiyyətlərinin vaxtından əvvəl götürülməsi bu müddətin uzadılmasına nisbətən pis nəticələnə bilər. Biz arzuedilən nəticəyə hələ nail olmamışıq. Buna görə də karantinin müddəti aprelin 19-dək uzadılır”, - deyə federal hökumətin dəftərxanasının bəyanatında bildirilir.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed