03.04.2020 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus infeksiyası Güney Azərbaycan şəhərlərini gün keçdikcə daha çox bürüyür. Böhrandan çıxmaq üçün şəhər sakinlərindən evdə qalmaları tələb olunur.
Miyana şəhərinin bir qrup ictimai fəalı virus təhlükəsinin ciddi olduğunu əhaliyə çatdırmaq üçün xüsusi diqqətçəkən tədbir düşünüblər.
Salar Puyan, Qadir Həsənzadə və Hamid Yəzdani qoruyucu paltarlar geyinərək çiyinlərində bir tabut gəzdirib, şəhər əhalisindən çölə çıxmamalarını istəyiblər.
Tabutun üzərində Azərbaycan türkcəsi, anadolu türkcəsi, fars və ingilis dillərində “Sonrakı adam sən olmaq istəyirsən!?” və “Evdə qalın” sözləri yazılıb.
Azərbaycanlı ictimai fəallar tabutu şəhərin müxtəlif küçələrində gəzdiriblər.

Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |