Şrift:
Tarix Muzeyində silah sərgisi açılıb
05.10.2012 [13:21] - Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dövrləri əks etdirən silah sərgisinin açılmasının xalqımızın qədim sənət nümunələri ilə tanışlıqda çox böyük əhəmiyyəti olacaq.

Bu sözləri Bakıda keçirilən IV Beynəlxalq «Türk əl toxumaları və ənənəvi sənətlər» konqresində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı müsahibəsində deyib.

N.Vəlixalı bildirib ki, silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olub. Silahların hazırlanması əl sənəti və birbaşa əl ustalarının adı ilə bağlıdır. Milli Azərbaycan Tarixi Muzeyinin silahlar və bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi-mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir.
Muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahdüzəldənlərinin yüksək peşəkarlığını, onların bədii-estetik zövqünün göstəricisidir. Bu baxımdan silah sərgisi mühüm əhəmiyyət kəsb edir.
Akademik qeyd edib ki, “Torpağa sancılmış qılınc” adlı sərgidə təkcə Azərbaycan silahları deyil, Şərq və Avropa silahları da nümayiş olunacaq. Sərgi oktyabr ayının 5-dən 2013-cü ilin yanvarın 15-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed