Şrift:
Şərqi Azərbaycanda spirtdən ölənlərin sayı 24 nəfərə çatıb
03.04.2020 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyalətində koronavirus infeksiyası yayıldıqdan sonra əyalətdə alkollu içki və texniki spirt içənlərin sayı artıb.



Ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusa yoluxmanın qarşısını almaqla bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb.



Şərqi Azərbaycan valisi Məhəmmnədrza Purməhəmmədi dünən keçirdiyi mətbuat konfransında bu barədə yeni məlumatlar verib.

“Təəssüflər olsun ki, ölkədə alkollu içki və texniki spirtdən zəhərlənərək ölənlərin sayı çoxdur. Şərqi Azərbaycana gəlincə son statistik məlumata görə, əyalət üzrə 200 nəfər spirtdən zəhərlənib, onlardan 24-ü həyatını itirib.”- deyə o qeyd edib.



Şərqi Azərbaycan valisi təəssüf hissi ilə bildirib ki, koronavirus infeksiyası hər yeri bürüdüyü bir vaxtda spirtdən zəhərlənənlərə 78 çarpayı ayrılıb, onlar hal-hazırda reanimasiya şöbəsində saxlanılır.



Xatırladaq ki, koronavirus infeksiyası yayıldığı günlərdə Şərqi Azərbaycanla yanaşı Qərbi Azərbaycan, Ərdəbil və Həmədan əyalətlərində də çox sayda insan texniki spirtdən zəhərlənib. Zəhərlənənlərdən, 5-i Qərbi Azərbaycan, 19-ü Ərdəbil və 5-i Həmədan Əyalətində həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed