05.10.2012 [13:52] - Güney Azərbaycan xəbərləri
İranda valyuta böhranı ilə bağlı keçirilən etiraz aksiyaları Tehran hökumətində narahatlıqlar yaradıb.
Parlament sədri Laricaninin hökumətə yönəltdiyi sərt ittihamları prezident Əhmədinejat eyni sərtliklə cavablandırıb. Əhmədinejat valyuta böhranından onu günahlandıran parlament sədrinə cavab olaraq hər an istefa verməyə hazır olduğunu deyib: “ Hökumətin çox təzyiq altında qalacağı halda istefa verməyi düşünə bilərəm...İndi heç kim üçün hesab vaxtı deyil. Əgər varlığım sizlər üçün yükdürsə, mənim üçün tək çıxış yolu bir cümlə ilə “əlvida” deməkdir”.
Qeyd edək ki, İranda son vaxtlar dövlət əleyhinə kütləvi aksiyalar başlayıb. Ticarətlə məşğul olan şəxslər ölkədə iqtisadi vəziyyətin ağırlaşmasına, xarici valyutanın bahalaşmasına etirazlarını bildiriblər.
Onu da əlavə edək ki, son bir ildə ABŞ dollarının qiyməti 3 dəfə bahalaşıb. Ötən il bir dollar 1200 tümənə dəyişdirilirdisə, hazırda qara bazarda bir dollar 4 min tümənə dəyişdirilir.

Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |