Şrift:
Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində fövqəladə vəziyyət rejimi daha bir həftə uzadılıb
03.04.2020 [15:21] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstanın fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Dövlət Komissiyasının qərarı ilə Nur-Sultan və Almatı şəhərlərində qeyri-iş günləri aprelin 13-dək uzadılıb.

Bu müddətdə şəhərlərdə yalnız həyati əhəmiyyətli və əhalinin sağlamlığı ilə bağlı təşkilatlar fəaliyyət göstərəcək.

Almatıda, Nur-Sultanda və Çimkəntdə üç infeksion xəstəxana tikiləcək.
Martın 30-dan aprelin 5-dək Nur-Sultan və Almatıda bütün müəssisə və təşkilatların fəaliyyəti, paytaxtda ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, ölkə üzrə 453 yoluxma halı qeydə alınıb, onlardan 29 nəfər xəstəlikdən sağalıb, 3 nəfər isə ölüb.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed