Şrift:
İbrahim Rəisi Səhiyyə Nazirliyini koronavirusdan ölənləri başqa xəstəlik qurbanları adı ilə təqdim etməyə çağırıb
03.04.2020 [16:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi Səhiyyə Nazirliyindən "sosial şəbəkələrdə yayılmış statistikaların idarə edilməsi" və "koronavirusdan ölənlərlə bağlı xəbərlərlə mübarizə" istiqamətində onlarla əməkdaşlıq etməyi tələb edib.



O, bu istiqamətdə Nazirliyi koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin ölüm səbəbini gizlətməyə, onların ölümünü digər xəstəliklərin adı ilə təqdim etməyə çağırıb.



Bu barədə ərəbdilli media orqanları İbrahim Rəisinin Səhiyyə Nazirliyi əməkdaşları ilə bağlı qapılar arxasında ötən həftə keçirdiyi görüşdə iştirak edən mənbələrinə istinadən məlumat yayıblar.



Bir müddət əvvəl koronavirusdan ölənlərin ailələrinin İranın təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyi barədə də xəbərlər yayılırdı. Həmin məlumatlarda bildirilirdi ki, təhlükəsizlik qüvvələri ailələrə xəbərdarlıq edərək bildirirlər ki, öz yaxınlarının koronavirusdan ölməsi barədə hər hansı bir media qurumuna açıqlama versələr, cənazəni onlara verməyəcəklər.



Xüsusilə, "Sepah" terror təşkilatının üzvləri ailələrdən başqa, tibb işçilərini də bu istiqamətdə təhdid ediblər və onlardan rəsmi statistikalardan savayı, gizlədilən ölüm və yoluxma hallarını heç yerdə açıqlamamağı tələb edirlər.



Bu addım göstərir ki, İranın Məhkəmə Sistemi və təhlükəsizlik qüvvələri koronavirusa yoluxma və bu infeksiyadan ölmə hallarını maksimum dərəcədə gizlətmək üçün tədbirlər görməyə başlayıblar.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed