04.04.2020 [15:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İranda son bir sutka ərzində daha 158 nəfər koronavirusdan ölüb, əlavə 2560 nəfər də “Covid-19” infeksiyasına yoluxub”.
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayarkən bəyan edib.
Cahanpur deyib ki, hazırda koronavirus pandemiyasına yoluxanlardan 4103 nəfərinin durumu ağır olaraq qalır: “Təəssüflər olsun ki, ötən bir gün ərzində daha 158 nəfərin həyatını itirməsi ilə, ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 3452 nəfərə, yoluxanların ümumi sayı isə 55 min 743 nəfərə yüksəlib.
Xoşbəxtlikdən indiyə qədər xəstəlikdən sağalandan sonra xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 19 min 736 nəfərə çatıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.
Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər virusdan ölənlərin sayının 3452 nəfərə, yoluxanların sayının isə 55743 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” infeksiyasından ölənlərin və virusa yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |