Şrift:
“Təhsil Nazirliyi önündəki qarşıdurma bəzi qüvvələrin maraqlarına xidmət edir” - Hacı Şahin Həsənli
06.10.2012 [12:51] - Xəbərlər
“Bu cür qarşıdurmalar bir sıra qüvvələrin maraqlarına xidmət edir. Bu sözləri “Məşədi Dadaş “ məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.

“Cəmiyyətdə din və dövlət qarşı durması yaratmaq heç bir tərəfə sərf etmir. Yəni Azərbaycanda radikallaşma meyllərinin yaranmasına bəzən süni məhdudiyyətlər səbəb olur . Ona görə hesab edirəm ki, Azərbaycanda hicab qadağası yoxdur. Sadəcə, bir sıra orta məktəblərdə məktəbli formasının tətbiq edilməsi ilə əlaqədar baş örtüyü ilə qızlar məktəbə buraxılmır. Amma bu bütün məktəblərdə belə deyil . Bununla bağlı qadağa qoyan hər hansı qanun yoxdur. Bu məsələlər hüquqi müstəvidə həllini tapmalıdır ki, cəmiyyətdə gərginlik və qarşıdurma yaranmasın. Çünki cəmiyyətdə gərginlik və qarşıdurmanın yaranmasında maraqlı olan başqa qüvvələrdə var ki, bu tip qarşıdurmanı kənardan stimullaşdırırlar. Bu məsələlər hüquqi müstəvidə nə qədər öz həllini taparsa yaxşı olar”.

Hacı Şahin Həsənlinin sözlərinə görə, hicab standartlarının yaranması məsələni həll etməyin ən yaxşı yoxlarından biridir.
“Əgər vahid məktəbli forması varsa, hicab standartını da düşünmək olar ki, insanlar həm təhsil hüququndan azad olmasınlar, eyni zamanda onların vicdan və dini azadlığı da təmin olunsun. Buna görə də dialoq aparılması vacibdir”.
“Mən həmişə bitərəf olmuşam. Aksiyanın təşkilatçılarından isə qətiyyən xəbərim yoxdur. Kimlərin təşkil etdiyini bilmirəm. Hər halda bu məsələ artıq gündəmə gəldi”, – deyə Hacı Şahin vurğulayıb.

Xatırladaq ki, Bu gün Təhsil Nazirliyinin binası qarşısında dindarların etiraz aksiyası keçirilib. Aksiyanın səbəbi orta məktəblərdə hicabın qadağan edilməsidir. Dindarlarla polis arasında ciddi toqquşma baş verib. Polislər dindarları döydükləri üçün, dindarlar da bunun qarşılığını onları daşlamaqla veriblər.

Şahanə Rəhimli
Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed