Şrift:
Osman Gündüz: “Azərbaycan hazırda virtual müharibədə iştirak edir”
06.10.2012 [13:10] - Sosial
Dünən Beynəlxalq Mətbuat Mərkəzində informasiya təhlükəsizliyi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbir prezidentin imzaladığı informasiya təhlükəsizliyi ilə bağlı fərmanın müzakirəsinə həsr olunub.

Fərmanda o qeyd olunur ki, dövlət tərəfindən iki cür qurum yaradılacaq. Bu qurumlar xüsusi dövlət informasiya agentliyi və elektron mərkəzlədən ibarət olacaq. Bu agentliyin işi internet saytlarında internet resurslarını qorumağa yönəlib. Digəri isə qeyri-hökumət resurslarının təhlükəsizliyi ilə bağlıdır ki, bunun da adı elektron təhlükəsizlik mərkəzidir. İnternet təhlükəsizlik mərkəzinin üzərinə düşən bir vəzifə var ki, bu qeyri-hökumət təşkilatlarına və qurumlarına informativ, metodiki və texniki dəstək göstərməlidir .
İnternet Forumun prezidenti Osman Gündüz mətbuat konfransında bildirilib ki, elektron mərkəz Milli Təhlükəsizlik Nazirliyi ilə birgə işləsə, daha yaxşı olar: “Milli Təhlükəsizlik Nazirliyinin əlində daha çox imkanlar var”.

O. Gündüz onu da vurğulayıb ki, Azərbaycan hazırda virtual müharibədə iştirak edir. Əgər Azərbaycan qalib gəlmək istəyirsə, media sahəsində öz internet resurslarını gücləndirməlidir. “Bu məsələ Ramil Səfərov məsələsində özünü daha aydın büruzə verdi. Bu zaman bir sıra Azərbaycan media qurumları dağıdıldı. Bu mənada yaxşı olardı ki, dövlət əhəmiyyətli saytlar öz milli serverimizdə yerləşdirilsin. Çünki hər hansısa bir təhlükə yaranarsa, bu saytın bərpası daha asan başa gəlir”.
Bu xəbər oxucular tərəfindən 1167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed