05.04.2020 [12:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi 2019-cu il noyabr etirazlarında iştirakı ilə əlaqədar məhkəməyə çağırılıb.
Milli fəala göndərilən elektron çağırış vərəqəsində onun apelyasiya şikayəti ilə əlaqədar 26 aprel tarixində, saat 9:00 üçün təyin olunan Urmiya məhkəməsinin 101-ci şöbəsində keçiriləcək məhkəmə iclasında hazır olması tələb olunub.
Keçən ay Urmiya 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi Əli Əzizi və daha 5 güney azərbaycanlı fəal barəsində qərar çıxarıb. Fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilib.
Təbriz həbsxanasının “təhlükəsizlik” kamerasında saxlanıldığı üçün məhkəmə iclasında iştirak edə bilməyən Əzizi barəsində qiyabi qərar çıxarılmışdı. Lakin milli fəalın apelyasiya şikayəti üzrə onun işinə yenidən baxılacaq.
Təhlükəsizlik qüvvələri fevralın 23-də Əzizinin ata evinə müraciət edərək onu yaxalamışdı. Təbriz İnqilab Məhkəməsinin 16-cı Şöbəsi fəalın “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq” ittihamı üzrə saxlandığını elan etmişdi.
Əzizi martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |