05.04.2020 [16:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf Təbriz həbsxanasından məzuniyyətə buraxılıb.
Həbsxana məsulları bundan əvvəl azərbaycanlı fəalın məzuniyyətə buraxılmasına razılıq vermirdilər.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Səttari Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyin əleyhinə toplaşma” ittihamı ilə 7 ay azadlıqdan məhrum edilmişdi.
O, 2018-ci il sentyabrın 18-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edildi. Təbriz İnqilab Məhkəməsinin 11-ci Hökmləri İcra edən Şöbəsi 2018-ci il payızın orta ayında (1397-ci ilin aban ayı) heç bir məlumat vermədən fəalın iki dosyesini birləşdirib. Bundan sonra isə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan hökmləri “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə əvəzləyib.
Koronavirus infeksiyası İran və Güney Azərbaycan həbsxanalarında geniş yayıldıqdan sonra məhbusların səhhəti ilə bağlı nigaranlıqların artmasına və insan haqları təşkilatlarının tələblərinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani, Əlirza Fərşi, Tovhid Əmir Əmini, Kazım Səfabəxş, Məhəmməd Əbdulməhəmmədzadə və bir neçə milli fəal hələ də həsbdədir. Onlar hal-hazırda koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalıb.

Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |