Şrift:
İranda daha 151 nəfər koronavirusdan ölüb, əlavə 2483 nəfər də xəstəliyə yoluxub”
05.04.2020 [16:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusdan ölənlərin sayı gündən-günə artır. Son bir sutka ərzində İranda daha 151 nəfər “Covid-19” infeksiyasından ölüb.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 5-də mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən bildirib.



Cahanpur deyib ki, son bir sutka ərzində İranda daha 151 nəfər “Covid-19” ibfeksiyasından həyatını itirib: “Dünəndən bu günə qədər ölkədə daha 2483 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Bununla da indiyə qədər İranda koronavirusdan ölənlərin ümumi sayı 3603 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 58 min 226 nəfərə yüksəlib.





Xoşbəxtlikdən bu günə qədər koronavirus xəstəliyindən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 22011 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 4057 nəfərinin sağlamlıq durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed