Şrift:
Son 10 ildə Azərbaycanda 3,2 minə yaxın vergi hüquqpozması faktı aşkarlanıb
27.10.2011 [11:55] - İqtisadiyyat
Son 10 ildə Azərbaycanda Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırma Departamenti tərəfindən vergi hüquqpozmaları ilə bağlı 3 184 cinayət faktı aşkar olunub. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, vergi hüquqpozmalarının 89,7%-i vergidən yayınma ilə bağlı olub. Bu faktlarla bağlı ümumilikdə 2 747 cinayət işi açılıb. Bu cinayət faktları nəticəsində dövlət büdcəsindən yayındırılan vergilərin həcmi təxminən 1,1 mlrd. manat təşkil edir.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed