06.04.2020 [12:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan şəhərində 102 yaşlı nənə koronavirusdan sağalıb.
Azərbaycanlı qadın ötən günlərdə xəstəliyin əlamətləri müşahidə olunduqdan sonra Zəncanın İmam Hüseyn Xəstəxanasına yerləşdirilib və aparılan testlərin nəticəsində onun koronavirusa yoluxduğu məlum olub.
Zəncanlı nənə xəstəxanada 8 gün müalicə aldıqdan sonra təhlükəli virusa qalib gəlib, o artıq evə buraxılıb.
Xəstə ilə bağlı açıqlama verən həkimlər onun güclü immunitetinə görə xəstəlikdən sağaldığını bidiriblər.
Məlumata görə, koronavirusdan sağalan qadının ailəsi onun şəkil və adının mətbuatda yayılmasına razılıq verməyib.
Qeyd edək ki, rəsmilərin bazar günü verdiyi açıqlamaya əsasən Zəncanda 670 nəfər koronavirusa yoluxub. Ondan bir gün əvvəl xəstəlikdən ölənlərin sayının 63 nəfər olduğu açıqlanmışdır.

Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |