06.04.2020 [14:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində koronavirus infeksiyasına yoluxanların sayı 5840 nəfərə çatıb.
Güney Azərbaycanda infeksiyadan ölənlərin sayı isə 654 nəfər olub. Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə keçən 24 saat ərzində daha 79 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1976 nəfərə çatdığını bildirib.
O, keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 205 nəfərə çatdığını deyib. Sominin dediyinə görə, əyalətdə ən yüksək yoluxma faktı Təbriz, Sarab, Mərənd, Şəbistər, Miyana, Marağa, Əhər, Tufarqan və Heris şəhərlərində qeydə alınıb.
Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində 1075 nəfərin koronavirusa yoluxduğu, 160 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar əyalətdə infeksiyaya yoluxanlardan 723 nəfərinin sağaldığını deyib.
Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1032 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 75 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayının 76 nəfərə çatdığını, sağalanların sayının isə 500 nəfər olduğunu deyib.
Ərdəbil əyalətində də bu günə kimi 1225 nəfərdən test götürüldüyü deyən Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbəri əlavə edib ki, 588 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha yeddi nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 101 nəfərə çatıb.
Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 670, xəstəlikdən ölənlərin sayı isə 63 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən 464 nəfərin tam sağaldığını deyib.
Həmədan Əyalətində isə uzun müddət rəsmilərin statistikaları gizlətdiklərindən sonra yeni rəqəmlər açıqlanıb. Həmədan Tibb Universitetinin rəis müavini Mənuçehr Kərəmi əyalətdə 499 nəfərin koronavirusa yoluxduğunu, onlardan 49 -unun həyatını itirdiyini deyib.
Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar.
Ekspertlər İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir. Onların fikrincə, İran rəsmiləri statistikanı aşağı göstərməklə böhranı idarə etmədə uğursuz olduqlarını gizlətməyə çalışırlar.
İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |