06.04.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirus infeksiyasına yoluxanların sayı 60500, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 3739 nəfərə çatıb.
Bu barədə koronavirusla bağlı gündəlik mətbuat konfransı keçirən İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, ötən 24 saat ərzində ölkə ərazisində 2274 yeni yoluxma və 136 ölüm faktı qeydə alınıb. Sözçü həmçinin bu günə qədər 24236 nəfərin sağaldığını qeyd edib.
Qeyd etmək lazımdır ki, İranın Səhiyyə Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, onlar öz statistikalarında yalnız rəsmi meyarlar və aparılmış test nəticələrinə əsasən xəstəliyə yoluxduğu təsdiqlənən insanların sayını göstərirlər. Virusla bağlı kliniki əlamətləri olan şəxslər statistikalarda yer almırlar.
Digər tərəfdən, bəzi mənbələr İranın rəsmi statistikalarının həqiqətləri əks etdirmədiyini, rəqəmlərin göstərilənlərdən azı 5 dəfə artıq olduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |