Şrift:
Latviyada koronavirusa yoluxanların sayı 542 olub
07.04.2020 [10:24] - Gündəm, Sağlıq
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 9 nəfər artaraq 533-dən 542-yə çatıb.

Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 21 min 453 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 773 nəfərdən 9-nun analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan 1 ölüm faktı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed