Şrift:
"Səhər"in ölkəmizə qarşı zəhər yağdırması yasaqlandı
06.10.2012 [19:49] - Güney Azərbaycan xəbərləri
İran Ali Milli Təhlükəsizlik Şurası rəsmi şəxslərdən başqa, istənilən vətəndaşın İran və Azərbaycan münasibətlərinə qarışacaq fəaliyyət aparmasını qadağan edib.

Bu barədə Şərqi Azərbaycan vilayətinin rəhbərliyi ilə iclasda İranın Azərbaycana yen təyin olunmuş səfiri Mohessen Pakayin bildirib. Onun sözlərinə görə, bu cür fəaliyyət qeyri qanunidir.

O deyib: “Qeyri-rəsmi şəxslərin bir sıra məsuliyyətsiz bəyanatları Tehran və Bakı arasındakı münasibətlərə ziyan vurub. Xüsusilə, Sahar-2 telekanalının Azərbaycan hökuməti əleyhinə siyasi verilişlər nümayiş etdirməsini qadağan edib. Təəssüf ki, rəsmi Bakı siyasi mövzulara toxunan Sahar-2 telekanalının Azərbaycanda çevriliş etməyə çalışdığını düşünür. Bundan əlavə, AMTŞ kanalın öz çıxışları ilə İran-Azərbaycan münasibətlərinə mənfi təssir göstərən şəxslərdən müsahibə almasını qadağan edib. Ümidvarıq ki, AMTŞ-nın bu qərarı Azərbaycan tərəfinin İrana inamını möhkəmləndirər və Tehranın əməkdaşlığı inkişaf etdirmək kimi siyasi istəyini nümayiş etdirər. Buna görə Ali Milli Təhlükəsizlik Şurasında kanalın yalnız ictimai-mədəni verilişlərin yayaımlaması barədə qərar verilib”
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed