Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının mətbuat xidməti Fərəc Quliyevdən açıqlama aldı
07.04.2020 [13:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
- Fərəc bəy, Prezidentin Sumqayıtda yeni tibbi ləvazimat müəssisəsindəki çıxışında Sizcə daha çox nələr önə çəkildi?

Prezidentin ümumiyyətlə son dövrdəki çıxışları əsasən ölkənin gələcək siyasi taleyine munasibəti özündə ehtiva edir.İnkişaf və təhlükəsizlik doktrinasının müddəaları yanaşmalarda baza prinsipi kimi götürülür.Məlum səbəblərdən İndi strateji planda rasional qərarlar qəbul edə bilmek daha çətindir. Çünki bizi əhatə edən problemlər oldugu kimi qalmaqdadair.Üstəlik proqnozlaşdırıilmamış hadisələr baş verir.Pandemiya bütün bəşəriyyəti sarsıdıb.Hadisələr məzmunca oxşar olsa da hər region və hər dövlətin və millətin özünəməxsusluqları gerçəkdir.Ona görə də obyektiv prinsiplərin maksimum ondə tutulması şərt olsa da bir çox hallarda sübyektiv yanaşmalar qaçılmaz olur.Məncə Prezident bu çərçivələri nəzərə alaraq əsasən 3 istiqaməti bəyan etdi:
1-qarşılaşdığmız gözlənilməzlik ağır olsa da dəf olunandır.Bu istiqamətdə genişmiqyaslı tədbirlər görülür.Sumqayıtda açılan zavod bu tədbirlərdən biridir.Açığı bu həm də istehsal sahəsi olaraq məşğulluğa da töhvədir.Gələcəkdə bu müəssisə profilini dəyişərək başqa mallar da istehsal edə bilər.
Elə buradan 2-ci məzmun ortaya çıxır.Qeyri –neft sektorunun inkişafında maraqlıyıq.Bu vacib xətdir.Mən parlamentdə sürəkli olaraq neftdən asılı olmayan büdcənin formalaşması tədbirlərinin görülməsinin vacibliyini bildirmişəm. Bu gün siyasi planda bir çox mutərəqqi ideyalarla yanaşı qeyri-neft sektorunun inkişafını da rəhbər tutmaq dövrün çağırışıdır və Prezidentin xüsusən son dövrdəki çıxışları bunun bariz nümunəsidir.
3-cü mühüm istiqamət islahatlarda qərarlı olmanı nümayiş etdirməkdir.

-Siz Prezidentin bu istiqamətlərdə çağırışlarını müdafiə edirsinizmi?


-Partiyamızın mövqeyi məramnaməmizdə əks olunmaqla yanaşı, bələdiyyə,parlament və Prezident seçkilərində təbliğat dönəmində bütün cəmiyyətə bəyan olunub.Prezident tərəfindən sərgilənən mövqe prinsiplərimizə uyğundur.Yeri gəlmişkən mən özüm də pandemiya sonrakı dövr üçün dirçəliş mahiyyətli təkliflərimi ardıcıl verirəm və bu davamlı olacaq.Biz partiya olaraq islahatlar kursunun milli strateji hədəflərə xidmət etdiyini qəbul edir və dəstəkləyirik . Çünki biz olkəmizin üzləşdiyi taleyüklü məsələlərə munasibətə adekvat olan yeni bir cəmiyyət anlaşması və davranışına ehtiyac olduguna inaniriq.İslahatların uğurla davam etməsini arzulayan milli –demokratik düşərgəyə aid olan müxalifətin fəaliyyəti ən azından bu kursa munasibətdə
rasional implus olmalidir.

Milli Dirçəliş Hərəkatı partiyasının mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed