Şrift:
Koronavirus böhranı günlərində meşə ağaclarının kəsilməsi davam edir – Güney Azərbaycanda
07.04.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.



Bu vəziyyət bölgədə koronavirus böhranı hökm sürdüyü günlərdə də davam edir.



Son məlumata görə, Güney Azərbaycanın Xoy, Təbriz, Parsabad və Binab şəhərlərində meşə ağacları kütləvi şəkildə kəsilərək digər əyalətlərə daşınır.



Şahidlərin dediyinə görə, Xoyda hər gün aşağıdakı videoda görünən ərazidən 5-6 yük maşını ağac daşınır.



Təbriz şəhərində də eyni vəziyyətdir. Məsullar özbaşınalığa yol verərək Təbriz Parkının Negin Kompleksindəki ağacları kəsdirərərk ərazidən çıxarır.



Negin Kompleksinin rəyasət heyətinin üzvləri iddia edir ki, bu şəxsi mülkiyyət məsələsidir, ağacların kəsilməsinə heç bir orqan müdaxilə edə bilməz.



Qeyd edək ki, Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyac var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed