Şrift:
GƏNC MÜTƏXƏSSİS-HƏKİMDƏN PANDEMİYA İLƏ MÜBARİZƏYƏ TƏKLİF
07.04.2020 [16:06] - Gündəm, Sağlıq, DAVAMın yazıları
Məlum olduğu kimi bütün dünyada Koronavirus Pandemiyası ilə mübarizə gedir.Buna baxmayaraq virusa yoluxanların və səbəbi olduğu ölümlərin sayı hər gün artır.Müxtəlif ölkələrdə bu pandemiya ilə mübarizə üsulları müxtəlifdir.Bildirmək istəyirəm ki,bütün virusların ortaq cəhəti var-viruslar ancaq canlı orqanizmdə artıb çoxalır və canlı orqanizmdən kənarda,məsələn dərimizdə,paltarlarda ,hər hansı bir əşya üzərində həmin virus kristal hala keçir və canlı orqanizmə düməsini gözləyir.virusların orqanizmdən kənar fəaliyyətsiz yaşama müddətləri çox uzun deyil.Orqanizmdən kənarda olan və yeni yoluxmaların sayını artırmaq üçün "gözləyən" virusların məhvi üçün belə bir təkliflə yazımı davam etdirmək istəyirəm.

Nəzərə alsaq ki ultrabənövşəyi şüaların baktereosid və virusları öldürmək qabiliyyəti var,bu təsirlərindən hazır ki,vəziyyətdə istifadə olunması ölkəmizdə koronavirus epidemiyasına qarşı istifadə etmək olar.Tibb işçiləri bilir ki,əməliyyat otaqlarinda əməliyyat bitdikdən sonra (otaqda heç kim olmayanda) ultrabənövşəyi lampalar qoşulur.İnsan orqanizminə zərərli olduğu üçün əməliyyat otağı boş olarkən bu lampalar yandırılir.Ultrabənövşəyi şüanın bir yerə 3 saat fasiləsiz düşməsi həmin yerdə virus və bakteriyaları məhv edir.Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədi İlə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək qabiliyyətinə malikdir.

Bu məqsədlə mən təklif edərdim ki,karantin xəstəxanalarının kolidorları,lifttləri,küçələrdəki işıq dirəklərindəki hər iki lampadan biri ultrabənövşəyi lampalarla əvəz olunsun.Gecələr hərəkətin olmadığı vaxtlar həmin lampalar yandırılsın.Məncə bu üsul küçələri tək-tək dezinfeksiya elemek qədər effektlli olacaq.
Bu xəbər oxucular tərəfindən 7745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed