Şrift:
İranda daha 133 nəfərin ölümü ilə koronavirus qurbanlarının sayı 3872 nəfərə çatıb
07.04.2020 [16:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son 24 saat ərzində koronavirusdan daha 133 nəfər dünyasını dəyişib.



Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, son 1 gün ərzində koronavirusa yoluxduğu aşkarlanan xəstələrin sayı 2079 nəfərdir. Beləliklə, ölkə ərazisində virusa yoluxma hallarının sayı 62589-a çatıb.



O, həmçinin hazırda müalicə alan xəstələrdən 3987 nəfərinin vəziyyətinin ağır olduğunu qeyd edib.



Bu günə qədər İranda koronavirusdan ölənlərin sayı rəsmi statistikaya görə, 3872 nəfərdir. Lakin qeyri-rəsmi statistikalarda bu rəqəmin 5 dəfə çox olduğu deyilir.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed