07.04.2020 [17:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərinin şura üzvü, Firidun Babai səhərin şimal yol keçidi olan Pasdaran magistral yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Şəhər şurasının Şəhərsalma və Memarlıq Komissiyasının rəisi olan Babai həmin yolda asfaltın 4 nöqtədə çökdüyünü bildirib.
O əlavə edib ki, müşahidə olunan asfalt çökməsi ciddi narahatlıq yaradır və hər an orada torpaq sürüşməsi baş verə bilər.
Babai məsələnin ən qısa zamanda araşdırılmasının və lazımı tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.
Keçən ay Təbrizin magistral yollarının birində baş verən torpaq sürüşməsi nəticəsində altı nəfər xəsarət almışdı.
2019-cü ilin sentyabr ayında da Təbrizin Bağmeşə məhəlləsində baş verən torpaq sürüşməsi ən azı 100 evi təhlükə ilə üz-üzə qoymuşdu.
Təbrizin bəzi məntəqələri, o cümlədən Bağmeşə və onun qonşuluğunda yerləşən Rüşdiyyə və Vəliəsr kimi şəhərciklər təxminən 30 il əvvəl torpaq sürüşməsi kimi mümkün təhlükələr nəzərə alınmadan tikilib. Şəhərciklər gün keçdikcə daha da böyüyüb və hündürmərtəbəli binalar inşa edilib. Hazırda torpaq sürüşməsi və zəlzələ təhlükəsi ilə üz-üzə olan şəhərciklərdə 200 min nəfərdən çox əhali yaşayır.

Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |