Şrift:
Behşəhrin “elmiyyə hövzəsi”nin başçısı axund Məhəmməd İsmayıl Kuhestani koronavirusdan ölüb
08.04.2020 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Behşəhr şəhərinin Kuhestan məntəqəsinin “elmiyyə hövzəsi”nin başçısı axund Məhəmməd İsmayıl Kuhestani koronavirusdan ölüb.



Yayılan məlumata əsasən, “Covid-19” infeksiyasına yoluxduğu üçün həkimlərin ciddi nəzarəti altında müalicə alan axund Məhəmməd İsmayıl Kuhestani, aprelin 4-də Mazandaran əyalətinin Sari şəhərinin “Nime-yi-Şaban” xəstəxanasında keçinib.



Axundun koronavirusa konkret nə vaxt və necə yoluxması haqda hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, İranın Mazandaran və Gilan əyalətləri koronavirusun ən geniş yayıldığı bölgələrdən biri sayılır.



İran Səhiyyə Nazirliyinin sözçüsü Kyanuş Cahanpur aprelin 7-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə daha 133 nəfərin koronavirusdan öldüyünü bildirərək, infeksiyadan ölənlərin ümumi sayının 3872 nəfərə, yoluxanların sayının isə 62589 nəfərə yüksəldiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed