Şrift:
İranın Astara və Lahican şəhərlərinin hüquq-mühafizə qüvvələrinin keçmiş komandanı koronavirusdan ölüb
08.04.2020 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Astara və Lahican şəhərlərinin hüquq-mühafizə qüvvələrinin keçmiş komandanı, Gilan əyalətinin hüquq-mühafizə qüvvələrinin axtarış-əməliyyat bölməsinin rəisi pokovnik Rəsul Əzizi koronavirusdan ölüb.



Yayılan məlumata əsasən, son günlər “Covid-19” virusuna yoluxan və həkimlərin nəzarətində müalicə alan Rəsul Əzizi, aprelin 4-də Rəşt şəhərinin Qaim xəstəxanasında keçinib.



Onun koronavirusa nə vaxt və necə yoluxması barədə hr hansı bir məlumat yayılmayıb.



İranın Mazandaran və Gilan əyalətləri koronavirusun ən geniş yayıldığı bölgələrdən biri sayılır.



İran Səhiyyə Nazirliyinin sözçüsü Kyanuş Cahanpur aprelin 7-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə daha 133 nəfərin koronavirusdan öldüyünü bildirərək, infeksiyadan ölənlərin ümumi sayının 3872 nəfərə, yoluxanların sayının isə 62589 nəfərə yüksəldiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed