Şrift:
Qulamhüseyn İsmayili: “Ölkədə ən azı 3000 nəfər spirtdən zəhərlənib, 600 nəfər isə həyatını itirib”
08.04.2020 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili aprelin 7-də mediaya açıqlamasında ölkədə saxta spirt qurbanlarının sayının artmasından danışıb.



O bildirib ki, ölkənin müxtəlif bölgələrində, o cümlədən də Xuzistan və Xorasan əyalətlərində koronavirusdan qorunmaq adı altında əhaliyə saxta spirt satan onlarla şəxs həbs edilib: “Təəssüflər olsun ki, saxta spirt qurbanları ilə bağlı mövcud statistik rəqəmlər yüksəkdir və bizim gözlədiyimizdən qat-qat çoxdur.



Belə ki, bizdə olan statistikaya əsasən, bu günə qədər ölkədə ən azı 3000 nəfər kustar yolla hazırlanmış spirtdən zəhərlənib, 600 nəfər isə həyatını itirib” -deyə, İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili əlavə edib.


Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun iztirab və stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalaraq düşüb, 600-dən çox insan isə həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed