Şrift:
Sircan prokuroru: "Axşam qonaqlığına qatılan daha 20 qız və oğlan həbs edilib"
08.04.2020 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kirman əyalətinin Sircan şəhərində axşam qonaqlığına qatılan daha 20 qız və oğlan həbs edilib.



Bu barədə, Sircan şəhərinin prokuroru Möhsün Nikvərz aprelin 7-də mediaya açıqlamasında məlumat yayıb.



Prokuror deyib ki, aprelin 6-da Sircan restoranlarının birində bir qrup gəncin bir yerə toplaşaraq şənlik etməsi barədə xəbər daxil olan kimi, polis əməkdaşları sözü gedən restorana yollanıblar: “Polis əməkdaşlarının həmin restoranda keçirdiyi əməliyyat nəticəsində, mövcud dini dəyərlərə qarşı çıxaraq birlikdə şənlik edən 20 qız və oğlan həbs edilərək polis bölməsinə aparılıb, restoran bağlanılıb.



Saxlanılan gənclər barəsində cinayət işi açılıb və onlar polis bölməsində dindirildikdən sonra məhkəmə vaxtlarının təyin edilməsinə qədər mülki vəsiqə girovu qoyaraq müvəqqəti olaraq azadlığa buraxılıblar” -deyə, Sircan şəhərinin prokuroru Möhsün Nikvərz bəyan edib.


Qeyd edək ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 2470 nəfər həbs edilib.
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed