Şrift:
“Sankt-Peterburqda seçkilərin 10 faizi azərbaycanlılardan asılıdır”
27.10.2011 [12:01] - Diaspor
“Vahid Rusiya” Partiyasının Sankt-Peterburq seçki qərargahının sədri: “Dövlət Dumasına seçkilərdə Sankt-Peterburq üzrə 10 faiz səsin taleyi azərbaycanlılardan asılıdır”

“Azərbaycan diasporu Leninqrad vilayətində diasporların böyüklüyünə görə 9-cu yeri tutur”.


APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Vahid Rusiya” (“Yedinaya Rossiya”) Partiyasının Sankt-Peterburq üzrə regional siyasi şurasının katibi, partiyanın seçki qərargahının sədri Aleksandr Xudilaynen bildirib. Onun sözlərinə görə, dekabrın 4-də Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə Sankt-Peterburq üzrə 10 faiz səsin taleyi azərbaycanlılardan asılıdır.

A. Xudilaynen Leninqrad vilayətində 150-dən çox millətin nümayəndələrinin yaşadığını söyləyib: “Azərbaycan diasporunu digər diasporlarla müqayisə etsək, vilayətin iqtisadi, siyasi və mədəni həyatına bu qədər təsir edən ikinci diaspor yoxdur. Biz bu gün bir ailə kimi yaşayırıq. Buna görə onlara təşəkkürümüzü bildiririk”.
Bu xəbər oxucular tərəfindən 1615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed