08.10.2012 [11:20] - Güney Azərbaycan xəbərləri
“İranla 1979-cu il inqilabından sonra əlaqələri kəsən ABŞ-dır. Ona görə də iki ölkə arasında yenidən əlaqələrin qurulması üçün İranın bütün mal varlığına embarqo qoyan ABŞ yaxşı niyyət göstərməlidir”. “Mehr” xəbər agentliyinin məlumatına görə, bu fikirləri İranın Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani bildirib.
Onun sözlərinə görə, ABŞ-la müzakirə bu ölkə ilə əlaqələri yenidən qurmaq mənasını vermir: “Bu ölkə İrana etdiyi zülmləri kompensasiya etməlidir. İranın qüruru ilə ABŞ-dan alacağı var. Çünki ABŞ İranın bütün mal varlığına embarqo qoyaraq zülm törədib. Ümumiyyətlə, bu məsələdə ən son qərarı İranın ali dini lideri, ayətullah Əli Xamneyi verəcək. Təbii ki, ABŞ-ın İranla bağlı mövqeyində dəyişiklik olacağı təqdirdə, iki ölkə arasında müzakirə imkanı yaranacaq”.

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |