Şrift:
Güney Azərbaycanın Həmədan əyalətində tələbələrin 40%-i yoxsulluq üzündən virtual təhsildən məhrumdur
08.04.2020 [18:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Həmədan əyalətində tələbələrin 30-40 faizi yoxsulluq üzündən koronavirus dövründə tətbiq olunan virtual təhsil imkanlarından istifadə edə bilmirlər.



Həmədan əyalətinin Bəsic (paramilitarist könüllü milis təşkilatı) məsullarından olan Məhəmməd Movlayi etiraf edib ki, şəhərətrafı məntəqələr və kəndlərdə yaşayan azgəlirli ailələrin uşaqları, həmçinin İnternet infrastrukturu olmayan bölgələrdə yaşayan tələbələr təhsil nazirliyi tərəfindən tətbiq edilən virtual təhsil proqramından faydalana bilmirlər.



“Bəzi şagirdlər maddi imkanlarının məhdudluğuna görə ağıllı telefon, kompüter və internetdən məhrumdurlar” deyən rəsmi əlavə edib ki, bu uşaqlar təhsildən geri qalıblar və onlara qarşı ayrı-seçkilik tətbiq olunur.

Movlayinin sözlərinə əsasən, həmin şagirdlər əyalətin ümumi tələbələrinin 30-40 faizini təşkil edirlər.



Hamedan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Güney Azərbaycanın bir çox şəhəri kimi, hökumətin ayrı-seçkiliyinə məruz qalan bu tarixi türk şəhərində əhali işsizlik, yoxsulluq və mühacirət kimi problemlərlə üz-üzədir. Yoxsulluq və işsizlik Həmədanda eyni halda ciddi sosial problemlərin yaşanmasına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed