08.10.2012 [11:26] - Gündəm, DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
Təklif: ya «Azəbaycan dili» anlayışı ləğv edilməli, ya da «Türk dili» rəsmən əcnəbi dil elan olunmalıdır
Yüz il bundan öncə olduğu kimi, Azərbaycanda milli dil məsələsi bir problem olaraq qalmaqdadır. Doğrudur, ötən əsrin əvvəllərində milli dil məsələsi bir qədər fərqli xarakter daşımış və burada əsas problem dilin quruluşu, qrammatikası ilə bağlı olmuşdur. Belə ki, həmin dövrdə ümumtürk ləhcələri arasından Azərbaycan türklərinin hansına üstünlük verə bilməsi ilə bağlı Azərbaycan-türk mütəfəkkirləri arasında əsasən, üç mülahizə: 1) Osmanlı türkcəsini müdafiə edənlər (Əli bəy Hüseynzadə, İskəndər bəy Məlikov və b.); 2) Azərbaycan türkcəsindən çıxış edənlər (F.B.Köçərli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və b.) və 3) bütün türklər üçün ümumi bir dil təsis etmək fikrini ortaya atanlar (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) mövcud olmuşdulur.
Bu üç xətt arasından isə əvvəllər, Azərbaycan türkcəsini müdafiə edənlər xalq tərəfindən daha çox qəbul edilmişdir. Buna səbəb də Azərbaycan türklərinin ləhcəsində ərəb-fars sözlərinin nisbətən azlığı idi. Tanınmış Azərbaycan-türk mütəfəkkiri Firidun bəy Köçərlinin təbrincə desək, Azərbaycan türkləri də uzun müddət farslarla bir yerdə yaşamağa məcbur olduğu üçün, bir növ onların dilinin təsirinə məruz qalıbdır: «Amma bunula belə, dilimizi o qədər qəliz və dolaşıq etməyibdir ki, onu anlamaq olmasın». Ancaq sonralar Azərbaycan türkcəsini müdafiə edənlərin əksəriyyəti, o cümlədən böyük türkçülərdən Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli və başqaları ortaq türk dili ideyasını irəli sürmuş, hətta Azərbaycan Cühuriyyəti (1918-1920) dövründə buna, rəsmi şəkil verməyə də çalışmışlar.
Qeyd edək ki, 20-ci əsrin əvvəllərində milli dilin quruluşu və qrammatikasının müəyyənləşməsində hansı ləhcənin, yaxud da ortaq türkcənin qəbul edilməsi ilə bağlı müəyyən mübahisə və müzakirələr olsa da, bunu, milli dilin adı məsələsinə aid etmək olmaz. Çünki həmin dövrdə üç xəttin tərəfdarlarının hamısı yekdilliklə Azərbaycan türklərinin, Azərbaycan Cümhuriyyətinin, hətta Azərbaycan Sovet Cümhuriyyətinin (1936-cı ilə qədər) milli dilinin «Türk dili» kimi adlandırılmasını müdafiə etmişlər. Ümumiyyətlə, həmin dövrdə Azərbaycan türkləri, o cümlədən bu millətin tannımış mütəfəkkirləri (M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov, N.Nərimanov, A.Səfikürdiski, S.M.Əfəndiyev, Q.Qarabəyli, H.Cavid, Ə.Cavad və b.) tutduqları siyasi-ideoloji xətdən (sosialist, bolşevizm, ittihadçı, müsavatçı, liberal və b.) asılı olmayaraq milli dillərini birmənalı şəkildə «türk dili» kimi qəbul etmişlər.
Hətta, 20-ci əsrin əvvəllərində bir çox mütəfəkkirlərimiz Osmanlı türklərinin dilini «osmanlıca», öz dillərini isə «türk dili» qələmə veriblər. Məsələn, bu dövrdə yaşamış «molla nəsirəddinçi»lərdən Əliqulu Qəmküsar yazırdı ki, osmanlıcadan türkcəyə, yəni Azərbaycan türkcəsinə bir şeir tərcümə edib. Həmin dövrdə böyük Azərbaycan türk şair-mütəfəkkiri Mirzə Ələkbər Sabir isə Ə.Qəmküsarı bu sözlərinə görə tənqid etmişdir. Sabirin fikrincə, Türkiyə və Azərbaycan türklərinin bir dili var ki, o da türk dilidir:
«Omanlıcadan türkə tərcümə» - bunu bilməm
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
«Omanlıcadan türkə tərcümə» nə deməkdir?!.
Sabirin bu sözləri günümüzdə türk dilindən guya, Azərbaycan türkcəsinə əsərlər tərcümə edənlərə, yaxud da hansı dilləri bilirsən sualını cavablandırarkən Azərbaycan türkcəsi ilə yanaşı, Türkiyə türkcəsini də göstərənlərə tutarlı cavabdır. Ancaq bu cür iddialarla çıxış edənlərə müəyyən mənada haqq qazandırmamaq da mümkün deyildir. Başqa sözlə, əgər Azərbaycanda türk dilinin statusu konkret müəyyənləşməyibsə, bəziləri üçün bu dilin doğma, başqaları üçün yad olması təbiidir. Deməli, milli dil məsələsi ilə bağlı ötən əsrin əvvəllərindən fərqli olaraq, hazırda əsas mübahisə hansı türk ləhcəsinə üstünlük verilməsi ilə bağlı deyil, artıq burada söhbət Azərbaycan xalqının dilinin ümumiyyətlə, «türk dili» olub-olmamasından, buna uyğun olaraq da «türk dili»nin doğma və yad olmasından gedir.
Fikrimizcə, bu gün «türk dili»nin Azərbaycandakı statusunun qeyri-müəyyən olmasının nəticəsidir ki, bəzilərinin fikrincə «türk dili» və «Azərbaycan dili» heç də eyni dil deyildir. Onların buna əsas aqrumenti odur ki, hazırda Azərbaycan Respublikasının dövlət dilinin rəsmi adı «Azərbaycan dili»dir. Özü də bu fakt 1995-ci ildə keçirilən referendum nəticəsində «türk dili»nə alternativ olaraq irəli sürülmüş, qalib gəlmiş və Azərbaycanın Ana Qanununda öz əksini tapmışdır. Bu isə o deməkdir ki, Azərbaycan xalqı milli dillinin «türk dili» adlandırılması ilə razılaşmamışdır. Bu həm də dolayısıyla o anlama da gəlir ki, Azərbaycan xalqı milli dilini türk dili kimi qəbul etmək istəməmişdir. Şübhəsiz, bu cür məntiqdən çıxış etdikdə «türk dili»nin bir qrup tərəfindən əcnəbi dil kim qəbul edilməsində də qeyri-adi heç nə yoxdur. Və bu məntiqin davam olaraq Azərbaycan telekanallarında nümayiş etdirilən Türkiyə türkcəsinə aid filmlər və serialların əcnəbi bir dil kimi «tərcümə» olunması, eyni zamanda Türkiyə telekanallarının (TRT-1 istisna olmaqla) «xarici» televiziya-radio yayımçıları kimi, Azərbaycana məxsus milli tezliklərdə yayımının dayandırılması da təbiidir.
Yeri gəlmişkən, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata verdiyi açıqlamalarında davamlı surətdə bildirir ki, bəzi telekanallar əcnəbi dildə danışanları tərcümə etməlidir, yoxsa həmin telekanallar cəzalandırılacaqlar. Nuşirəvan bəyi başa düşmək çətin deyil, çünki doğrudan da Azərbaycan telekanalları nə Türkiyənin cümhurbaşkanı Abdulla Gülü, nə baş nazir Rəcəb Tayyip Ərdoğanı, nə də Türkiyədən olan digər dövlət məmurlarının və başqa qonaqların əcnəbi dilini-türk dilini «tərcümə» edirlər; nadir hallarda ya subtitrdə «tərcümə» edirlər, ya da heç bunu da etmirlər. Bizə elə gəlir ki, N.Məhərrəmli türk dilini «bilməyən» Azərbaycan tamaşaçılarına hörmətsizlik etdiyinə görə, yalnız telekanalları cəzalandırmaqla kifayətlənməməlidir. Eyni zamanda, Türkiyənin yüksək çinli dövlət rəhbərlərinə, o cümlədən Azərbaycana tez-tez gələn Ərdoğana özü ilə bərabər tərcüməçilər gətirməyi də tövsiyə etməlidir. Çünki N.Məhərrəmli xarici qonaqlar və xarici dil dedikdə, nə rus, nə ingilis, nə də başqa bir dili və qonaqları başa düşmür. Onun üçün əsas əcnəbi dil və qonaqlar müvafiq olaraq «türk dili» və Türkiyə türkləridir.
Maraqlıdır ki, Azərbaycan telekanallarında olduğu kimi, adi həyatda da bu gün azərbaycanlılar danışarkən öz ifadələrində rus və yaxud da ingilis sözləri işlədərkən heç kim buna irad tutmur. Xüsusilə, rus dilinə həddən artıq «sevgimizin» nəticəsidir ki, iş həyatında, məişət həyatında ondan boluca istifadə edirik. Çünki bu zaman heç kim sənə irad tutmayacaq ki, bu qədər ala-yarımçıq rus sözlərini ana dilinə dolduraraq, niyə onu korlayırsan. Axı sən nə russan, nə də Rusiyadan gəlmisən. Ancaq hər hansı bir azərbaycanlı vaxtilə ona doğma olan, hazırda isə daha çox Anadolu türklərinin dilində işlədilən bir neçə kəlmə türkcə işlədərsə, dərhal türksənmi, Türkiyədənmi gəlmisən deyə, sənə qəribə bir şəkildə sual edənlər tapılır.
Doğrudur, insafən hazırda Azərbaycan və Türkiyə xalqlarının bir millət olduğunu və bir dili paylaşdığını ifadə edənlər də tapılır. Ancaq onların əksəriyyəti sözdə bunu müdafiə edirlər. Çünki əgər Azərbaycan və Türkiyə xalqları bir millətdirlərsə, bir dildə danışırlarsa, əcaba nədən rəsmi olaraq birinin etnik adı və dili «türk», digərinin isə «Azərbaycan(lı)»dır.
Bizə elə gəlir ki, bu mənada başqa dillər kimi (rus dili, ingilis dili və b.) türk dilinin Azərbaycanda hansı status daşımasına qəti bir aydınlıq gətirilməlidir. Əgər türk dili Azərbaycan xalqının özbəöz, milli dilidirsə onda «Azərbaycan dili»nə ehtiyac olmamalıdır. Çünki bütün hallarda, türk dilini və yaxud Azərbaycan dilini müdafiə etməsindən asılı olmayaraq, hamı etiraf edir ki (Ramiz Mehdiyev, Anar, Nizami Cəfərov, Həsən Həsənov, Kamal Abdulla, Nizaməddin Şəmsizadə və başqaları), Azərbaycan türklərinin danışıdığı dil türk dili, azərbaycanlıların əksəriyyəti isə türkdür. Belə olduğu təqdirdə, yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz müəlliflərdən bəzilərinin yazması ki, dövlət dilinin türk dili deyil, «Azərbaycan dili» adlandırılması Azərbaycan milli ideyasının, Azərbaycan milli dövlətçiliyinin özünəməxsusluğu və s. ilə bağldır, əlbəttə bu artıq başqa məsələdir.
Biz isə hesab edirik ki, bütün hallarda Azərbaycan Respublikasının dövlət dilinin türk dili adlandırılması daha təbii və məntiqəuyğundur. Bu ilk növbədə, türk-müsəlman ölkələri arasında birinci dəfə türk dilini dövlət dili kimi qəbul etmiş Azərbaycan Cümhuriyyətinə sözün həqiqi mənasında sahib çıxmaq üçün lazımdır. Digər tərəfdən hazırda Böyük Britaniya, ABŞ, Avstraliyanın müstəqil olmaqlarına baxmayaraq, dövlət dillərini ingilis dili adlandırması nə qədər məntiqəuyğundursa, Azərbaycan və Türkiyənin də dövlət dilinin türk dili adlandırması bir o qədər təbiidir. Yəni kimsə hesab edirsə ki, Azərbaycanda dövlət dlilinin türk dili adlandırması guya, milli dövləçiliyə zərbə olacaqdır, bu fikirlə qətiyyən razlaşmırıq. Onda gərək dövlət dili ingilis dili olan Böyük Britaniya, ABŞ və Avstariliya, eləcə də dövlət dili ərəb dili olan ölkələr (Səduiyyət Ərəbistanı, Misir, Yəmən və b.) dillərinin adını təcili dəyişsinlər.
Bütün bunlarla yanaşı, hesab edirik ki, əgər «Azərbaycan dili» anlayışı toxunulmazdırsa, o zaman «türk dili» birmənalı şəkildə başqa dillər kimi (rus, injilis, fransız), əcnəbi dil elan olunmalıdır. Yuxarıda da qeyd etdimiz kimi, onsuz da, qeyri-rəsmi şəkildə türk dili bəziləri üçün məhz xarici dildir və bu yöndə də kifayət qədər təbliğatlar aparılır və işlər görülür. Sadəcə olaraq, bu işlər və təbliğatlar elə şəkildə görülür ki, cəmiyyətin əksəriyyəti bunu anlamaq da çətinlik çəkir. Bir növ «türk dili»nin əcnəbləşdirilməsi siyasəti mərhələli şəkildə həyata keçirilir. Təbii ki, bununla razılaşmaq mümkün deyildir. Ona görə də, hesab edirik ki, «türk dili»nə qarşı ikili siyasət aparanlar əsl mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. Yəni sözdə bir, əməldə isə tamam fərqli siyasətlərinə son qoymalıdırlar. Əgər kimlərsə hesab edirsə ki, «türk dili» əcnəbi bir dildir, onda ona Azərbaycanda «rus dili», «ingilis dili» və başqa dillər kimi şərait yaradılmalıdır.
Hətta təklif edərdik ki, başqa əcnəbi dillər kimi, qoy orta məktəblərdə «türk dili»də keçirilsin. «Türk dili»ni əcnəbi dil kimi qəbul edənlərin uşaqları da orta məktəblərdə türk dilini öyrənsinlər. Öyrənsinlər də görsünlər ki, «Azərbaycan dili» və «Türk dili» eyni dil, yoxsa başqa-başqa dillərdir. Ən əsası, əgər türk dilini doğmalaşdıra bilmədiksə, heç olmazsa əcnəbi status verməklə onu daha yaxından mənimsəyə bilərik. Bununla da orta məktəblərdə rus dilini öyrənənlər böyüyəndə rus təfəkkürünə yiyələndikləri kimi, türk dilini öyrənənlər də sözün həqiqi mənasında türk təfəkkürünə sahib çıxarlar. Əgər orta məktəblərdə «türk dili»nin keçirilməsi baş tutarsa, bu zaman Təhsil Nazirliyindən xahiş edərdik ki, Türkiyədən «türk dili» müəllimləri də dəvət etsin və s.
Bir sözlə, fikrimizcə, «türk dili» ilə bağlı vəziyyətin qeyri-müəyyən qalmağındansa, ona əcnəbi dil statusu verilməsi və orta məktəblərdə əcnəbi dil kimi «türk dili»nin tədris olunması işimizin xeyrinə olardı, nəinki zərərinə. Vaxtilə Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani və başqaları üzlərini bəzi din xadimlərinə tutaraq deyirdilər ki, bu günə qədər islamı sizin dilinizdən öyrənib başa düşmədik. İndi, heç olmazsa imkan verin ki, Qərb mədəniyyətindən xəbərdar olub, islamın mahiyyətini əcnəbilərin dilindən öyrənək.

Bu xəbər oxucular tərəfindən 1348 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |