09.04.2020 [11:54] - Gündəm, Sağlıq
Ukraynada son sutkada 224 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 1892 nəfərə çatıb ki, onların 150-yə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada 5 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 45 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb. Ukraynada koronavirusun yayılması ilə bağlı pik hədd aprelin 14-dən sonraya proqnozlaşdırılır.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |