Şrift:
Lüksemburq məhkəməsi ABŞ-ın İrana qarşı iddiasını rədd edib
09.04.2020 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Lüksemburq məhkəməsi ABŞ-ın tələbini rədd edərək ölkənin banklarında saxlanılan 1 milyard 600 min dolları İranın Mərkəzi Bankına qaytarılması haqqında qərar verib.

İranın Mərkəzi Bakının sədri Əbdülnəsir Himmətinin açıqlamasına istinadla xəbər verir ki, bu vəsait yaxın günlərdə İrana veriləcək.

Qeyd etmək lazımdır ki, neft satışından əldə olunan bu vəsait ABŞ-ın Nyu-York məhkəməsinin sorğusuna əsasən Lüksemburq banklarında dondurulmuşdu. ABŞ iddia edirdi ki, İran Nyu-Yorkda törədilən 11 sentyabr terror aksiyasının təşkilatçılarından biridir. Birləşmiş Ştatlar Lüksemburq məhkəməsinə müraciət edərək bu ölkənin banklarında saxlanılan İrana məxsus vəsaiti müsadirə edib terror aksiyasında həlak olanların ailələrinə təzminat şəklində verilməsinə nail olmağa cəhd edirdi. Lakin Lüksemburq məhkəməsi işə baxdıqdan sonra qərara alıb ki, İranın 11 sentyabr terror aksiyasında iştirakını sübut edən dəlillər yoxdur. Ona görə də, İranın Lüksemburq banklarındakı vəsaiti azad olunmalı və Tehrana qaytarılmalıdır.

Ə.Himməti bildirib ki, bu vəsait İranda koronavirusla mübarizəyə və iqtisadiyyatın dirçəldilməsinə sərf ediləcək.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed