Şrift:
Pompeo: “Dünya bilməlidir ki, heç bir sanksiya İrana dava-dərman və tibbi avadanlıqların göndərilməsinə mane olmur”
09.04.2020 [12:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo aprelin 8-də Ağ Evdə jurnalistlərlə görüşündə Vaşinqtonun İrana yardım təklifindən və islam respublikasına qarşı tətbiq edilən sanksiyalardan danışıb.



Pompeo deyib ki, İranda koronavirusun yayılmağa başladığı gündən Tramp hökuməti Tehrana dəfələrlə yardım təklifi etsə də, İran hökuməti həmin təklifi rədd edib: “Dünya bilməlidir ki, heç bir sanksiya İrana dava-dərmanın və ya tibbi avadanlıqların göndərilməsinə mane olmur. Koronavirus İran xalqı koronavirus problemi ilə üz-üzə qaldığı gündən biz bu ölkəyə humanitar yardım təklifi irəli sürdük. Lakin təəssüflər olsun ki, İran rəhbərləri həmin yardımları qəbul etməməyə qərar verdilər.



Eşitdiyimə görə, bəziləri, o cümlədən də İran rəhbərləri sanksiyalardan danışır, onun ölkəyə tibbi dərmanların çatdırılmasına mane olduğunu iddia edirlər. Lakin bu düzgün deyil və bir daha bildiririk ki, sanksiyalar dava-dərmana və tibbi avadanlıqlara şamil edilmir. Daha doğrusu, heç bir sanksiya İrana dava-dərmanın göndərilməsinə və ya tibbi avadanlıqların ixracına hər hansı bir maneə törətmir”- deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed