09.04.2020 [14:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin əyaləti valisinin müavini koronavirus infeksiyası ilə mübarizədə “dua və tanrıdan yardım istəmədən” başqa bir iş görməyin mümkün olmadığını deyib.
Valinin siyasi və təhlükəsizlik məsələlər üzrə müavini, Mənuçehr Həbibi “dinin gücünü inkar edən bütün liberal, laik və kommunist qüvvələrin” də bu xəstəliyin qarşısında dua etməkdən başqa ayrı çarə olmadığı nəticəsinə gəldiklərini iddia edib.
Rəsmi həmçinin iddia edib ki, İranın bu xəstəliyə qarşı mübarizədə bacarıqsız olduğunu deyənlər bu gün İslam Respublikasının təcrübələrindən faydalanmaq istəyirlər.
O, həmçinin infeksiyaya yoluxanların və xəstəlikdən ölənlərin sayının açıqlanmasına qarşı çıxaraq “bunun cəmiyyətə heç bir faydası olmadığını” deyib.
İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.
Əyalətdə yeni rəqəmlər açıqlanmayıb, lakin dünən verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilmişdi.
İran rəsmiləri koronavirus infeksiyasının yayıldığı gündən etibarən xəstəliklə bağlı səhv, bəzən bir - birini təkzib edən rəqəmlər açıqlayaraq həqiqətləri gizlətməyə çalışır. Bu qeyri-şəffaflıq son günlərdə daha da artıb və qeyri-rəsmi mənbələr əyalət səhiyyə rəsmilərinə xəstəliyin qurbanları ilə bağlı rəqəmlərin açıqlanmaması üçün təzyiq göstərildiyini iddia edirlər.

Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |