09.04.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin rəsmisi koronavirus pandemiyasının yayılmasının əyalətdə incəsənət və mədəniyyət sahəsinə ağır ziyan vurduğunu qeyd edib.
Şərqi Azərbaycanın İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur keçən ay yarım müddətində əyalətdə incəsənətin bütün sahələrinin fəaliyyətinin dayandırıldığını bildirib.
Əvvəllər əyalətdə geniş şəkildə keçirilən musiqi konsertlərinə və teatr tamaşalarına ara verildiyini deyən əyalət rəsmisi əlavə edib ki, “yalnız musiqi, teatr və bənzər sənət sahələri ilə gəlir əldə edən bir sıra incəsənət xadimləri böhran vəziyyətindədirlər”.
M. Məhəmmədpur həmçinin bildirib ki, Şərqi Azərbaycanda çap, nəşriyyat, musiqi, təsviri incəsənət sahələrinin, eyni zamanda mədəniyyət üzrə fəaliyyət göstərən hazırlıq kursları və peşə məktəblərinin də gəlir mənbəyi kəsilib.
Mədəniyyət müəssisələrinin müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi, eyni zamanda icarə haqqı kimi xərcləri ödəmək məcburiyyətində qalmasının bu müəssisələrə ciddi şəkildə ziyan vurduğunu bildirən M.Məhəmmədpur İslami İrşad və Mədəniyyət İdarəsinin bu ziyanları qismən qarşılayacağını vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |