09.04.2020 [14:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda koronavirusa yoluxanların və infeksiyadan ölənlərin sayı gün keçdikcə kəskin şəkildə artır.
Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı qeydə alınan Şərqi Azərbaycan əyalətində yeni rəqəmlər açıqlanmayıb. Lakin dünən verilən məlumata əsasən əyalətdə koronavirusa yoluxanların sayı 2282 nəfərə, infeksiyasından ölənlərin sayı isə 222 nəfərə çatıb.
İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur. Bu əyalətdə də yeni rəqəmlər açıqlanmayıb. Dünən verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilib.
Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1195 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 110 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayının 90 nəfərə çatdığını bildirib.
Ərdəbil əyalətində də bu günə kimi 657 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha beş nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 115 nəfərə çatıb.
Zəncan əyalətində infeksiyaya yoluxanların sayı 731, xəstəlikdən ölənlərin sayı 74 nəfərə çatıb.
Həmədan əyalətində isə yeni rəqəmlər açıqlanmayıb. Aprel 7-dən etibarən yenilənməyən statistikaya görə, 558 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib.
İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |