Şrift:
"İlham Əliyev bütün vətəndaşların qayğısına qalan əsl liderdir" - Fərəc Quliyev
09.04.2020 [20:08] - Özəl xəbər, Fərəc Quliyev
"Qarışıq, hər tərəfdə problemlərin olduğu, bir çox məsələlərin qarşısının alınması üçün hamının səfərbər olunduğu zamanda məhbəsdə olan insanların da vəziyyətinin düşünülməsi ideal addımdır. İlham Əliyev bütün vətəndaşların qayğısına qalan bir lider kimi davrandı"

Bu sözləri Redaktor.az-a açıqlamasında sabiq millət vəkili Fərəc Quliyev deyib. O qeyd edib ki, bu sərəncam Azərbaycan cəmiyyəti üşün çağırış xarakteri daşıyır:

"Barışa söykənən sabitliyi təmin etmək zamanıdır. Bütün dünya sağlamlıq və iqtisadi baxımdan təhlükə ilə qarşı-qarşıyadır. Ölkəmizdə bəzi siyasi çevrələr hələ də cılız çərçivədə dava aparmaq, bir-birini hörmətdən salmağa davam edirlər. Amma bu əfv sərəncamı bir örnək oldu və göstərdi ki, insanlara şəfqət hissi ilə yanaşmaq lazımdır. Azərbaycanda hazırda bütün kompleks tədbirlər görülür ki, mərkəzində insan amili olan bir siyasət yürüdülsün. Azadlığa çıxan hər bir kəsi təbrik edir, digərlərinin də qapısının açılmasını arzulayıram".

Sevda Ulutau / Redaktor.az
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed