Şrift:
Güneyli milli fəal Fərdin Muradpurun Aclıq Aksiyasi davam edir
08.10.2012 [11:55] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəal Fərdin Muradpurun başladığı Aclıq Aksiyasi davam edir. O, 3-cü gündən bəri aclıq aksiyasina başlayıb.

Fərdin Muradpur öz məhbus hüquqlarını tələb etdiyi üçün bir neçə gün öncə zindanda Rzazadə adlı məmur tərəfindən döyülüb. O, bundan sonra aclıq aksiyasına başlayıb.

Həmçinin Fərdin Muradpur barəsində Facebook səhifəsi fəaliyyətə başlayıb. Bu səhifədən azərbaycanlı fəal barəsində müxtəlif məlumatlar əldə edə bilərsiniz:

http://www.facebook.com/pages/Ferdin-muradpur-Sabutay/368558143223440

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il mayın 22-i Təbrizin Elgölü parkında tutuqlanıb və sistemin əleyhinə təbliğ və ümumi asayişi pozmağa cəhd göstərməkdə günahlandırılaraq 6 ay həbsə məhkum edilib. O, artıq iki ildən çoxdur həbsdədir və demək olarki məhbuslara aid bütün hüquqlardan məhrumdur.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed