Şrift:
İran parlamentinin deputatı axund Əhməd Salek Kaşani koronavirusa yoluxub
10.04.2020 [12:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin İsfahandan seçilmiş deputatı axund Əhməd Salek Kaşani koronavirusa yoluxub.



İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, bir neçə gün əvvəl Əhməd Salek Kaşanidən götürülmüş test analizlərinin nəticəsi müsbət çıxıb. Bildirilir ki, “Covid-19” infeksiyasına yoluxmuş deputat hazırda həkimlərin nəzarəti altında şəxsi mənzilində karantin şəraitində saxlanılır.



Deputatın koronavirus xəstəliyinə konkret nə vaxt və necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.



Xatırladaq ki, İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmmədrza Tabeş aprelin 7-də jurnalistlərə açıqlamasında koronavirusa yoluxmuş deputatların sayının artmasından xəbər vermişdi.



Tabeş, İran parlamentinin deputatlarından yenidən test analizlərinin götürülməsini vurğulayaraq, koronavirusa yoluxmuş deputatların sayının 50-yə yaxınlaşdığını bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed