10.04.2020 [13:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus epidemiyası ilə əlaqədar avtomobil yollarında hərəkətin intensivliyinin azalmasına baxmayaraq Güney Azərbaycan yolları can almaqda davam edir.
Bu gün Təbrizin Çaykənar yolunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb. Məlumata görə, “Pejo” markalı avtomobil yoldan çıxaraq aşıb, bu arada “Prayd” markalı avtomobil həmin maşınla toqquşub. Hadisə nəticəsində “Pejo” markalı avtomobilin sürücüsü xəsarət alıb.
O Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Dünən isə Zəncan Əyalətində ölümlə nəticələnən iki yol qəzası baş verib.
Zəncan Yol Polisi İdarəsinin rəisinin sözlərinə görə, Zəncan-Ərməğanxana yolunda “Prayd” markalı avtomobilin yoldan çıxaraq aşması bir nəfərin ölümünə səbəb olub. Abbas Müzəffərinin sözlərinə əsasən yüksək sürət yol qəzasına səbəb olub.
Ölümlə nəticələnən digər yol-nəqliyyat hadisəsi Zəncan-Bicar yolunda baş verib. Yol Polisi İdarəsinin rəisi “Tiba” markalı minik avtomobilinin yoldan çıxaraq ətrafdakı çaya düşdüyünü və sürücünün suda boğulma nəticəsində həlak olduğunu bildirib.
Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |