10.04.2020 [13:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Fars əyalətində saxta spirtdən ölənlərin sayı 91 nəfərə yüksəlib.
Bu barədə, Fars əyalətinin Təcili Tibbi Yardım İdarəsinin sədr müavini Behnaz Rəsteqar mediaya açıqlamasında bəyan edib.
O bildirib ki, son bir ay ərzində, Şirazda və əyalətin digər şəhər və bölgələrində sənaye spirtindən zəhərlənən 727 nəfər xəstəxanalara müraciət edib: “Təəssüflər olsun ki, həmin zəhərlənənlərdən artıq 91-i həyatını itirib. Hazırda isə 636 nəfər əyalət xəstəxanalarında müalicə alır. Zəhərlənənlərdən bəzilərinin səhhəti ağır olduğundan reanimasiya şöbəsində saxlanılırlar.
Saxta spirtdən zəhərlənənlərin yaş həddinə gəlincə, xəstələrin əksəriyyəti 20-40 yaşları arasında olanlardır. Ən çox zəhərlənmə halları isə əyalətin mərkəzi olan Şirazda qeydə alınıb” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım İdarəsinin sədr müavini Behnaz Rəsteqar mediaya açıqlamasında əlavə edib.

Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |