Şrift:
Türkiyədə qanunsuz yollarla tibbi ləvazimatların çıxarılmasının qarşısı alınıb
10.04.2020 [17:09] - Gündəm, Hüquq
Türkiyənin İstanbul Hava Limanı və İpsala gömrük keçid məntəqəsində keçirilən əməliyyat zamanı qanunsuz yollarla ölkədən təxminən 1 milyon 200 min türk lirəsi dəyərində tibbi ləvazimatın çıxarılmasının qarşısı alınıb.

Türkiyənin Ticarət Nazirliyinin Gömrük Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aparılan əməliyyatlar zamanı aşkarlanan bu ləvazimatların COVID-19-la mübarizə tədbirləri çərçivəsində verilən qərarlara əsasən, ixracı yalnız ölkənin Səhiyyə Nazirliyinin xüsusi icazəsi ilə mümkündür.

Aşkarlanan vasitələr arasında çoxlu sayda maska, xüsusi tibbi geyim, dezinfeksiya vasitələri var.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed