Şrift:
İran səfirliyi iranlı tələbələri Rusiyanı tərk etməyə çağırıb
10.04.2020 [17:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Moskvadakı səfirliyinin Elm Mərkəzi iranlı tələbələri Rusiyanı tərk etməyə çağırıb.



Mərkəz yaydığı məlumatda buna səbəb kimi Rusiyada koronavirus pandemiyasının getdikcə yayılmasını göstərib. Məlumatda qeyd edilir ki, koronavirus böhranının yaxın zamanlarda aradan qalxma perspektivi olmadığından və bu yarımil ərzində təhsilin davam etməyəcəyinə dair böyük ehtimallar mövcud olduğundan, iranlı tələbələri Rusiyanı tərk etmək tövsiyə edilir.



Bir neçə gün öncə Rusiyada təhsil alan iranlı tələbələrdən birinin koronavirusa yoluxduğu barədə məlumatlar yayılmışdı.Hazırda Rusiyanın müxtəlif şəhərlərində 2500-dən çox iranlı tələbə təhsil alır.



İran səfirliyinin Elm Mərkəzi həmçinin bildirir ki, tələbələrə İrana qayıtmaq tövsiyəsi onların proqnozlaşdırılmamış, aradan qaldırılması mümkün olmayan və acı vəziyyətə düşmə ehtimalı nəzərə alınaraq edilir.



Rəsmi statistikalara əsasən, bu günə qədər Rusiyada koronavirus infeksiyasına 12 min adam yoluxub və onlardan 94 nəfəri ölüb.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed