Şrift:
Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 6700 nəfəri ötüb
11.04.2020 [10:52] - Gündəm, Sağlıq
Yaponiyada koronavirusa yoluxanların ümumi sayı sutka ərzində 455 nəfər artaraq 6700 nəfəri keçib.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyalara istinadla xəbər verir ki, aprelin 10-da axşam saatlarına olan son məlumatlara görə, bütün ölkə üzrə 6715 nəfər bu virusa yoluxub, 23 nəfər isə ölüb.

Virusa ən çox yoluxanların Tokioda qeydə alındığı bildirilir – 189 nəfər. Bununla da paytaxtda yoluxanların ümumi sayı 1708 nəfər təşkil edib.

Xatırladaq ki, aprelin 8-dən Yaponiyanın bir neçə prefekturasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət elan olunub. Digər ölkələrdən fərqli olaraq, burada fövqəladə vəziyyət pozulduğu halda heç bir cəza və ya cərimə nəzərdə tutulmur. Yalnız koronavirusla bağlı mübarizə və ya həyat üçün zəruri məhsulların gizlədilməsi ilə bağlı 300 min yen (təqribən 2,7 min dollar) cərimə tətbiq oluna bilər. Digər hallarda, məsələn şirkətə fəaliyyətini dayandırması barədə tövsiyədən sonra işini yenə də davam etdirərsə, belə şirkətlərə qarşı onların adlarının ictimailəşdirilməsi nəzərdə tutulur. Yaponiya mentalitetinə görə, bu, ən ağır cəza hesab olunur.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed