11.04.2020 [11:09] - Gündəm, Türk dünyası-Turan
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 70 nəfər artaraq 694-a çatıb. Dünən bu rəqəm 624 olub.
Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu virusa yeni yoluxanlar karantində olanların hesabına artıb. Ölkədə koronavirusdan 42 nəfər sağalıb, 3 xəstə dünyasını dəyişib.
Xatırladırıq ki, bu ölkədə ilk dəfə koronavirus martın 15-də Fransadan Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar edilmişdi, həmin qadın artıq sağalıb və dünən axşam evə buraxılıb.
Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 88 min adam var.

Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |