11.04.2020 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Traxtur” futbol klubunun mətbuat mərkəzinin rəisi klub rəhbərliyinin digər komandaların oyunçuları ilə gizlicə müzakirə aparması barədə yayılan xəbərləri təkzib edib.
Fərşid Rəufi bu barədə “İlna” xəbər agentliyinə danışıb.
“Son günlərdə bəzi mətbuat orqanlarında transfer etmək məqsədi ilə “Traxtur” klubunun digər komandaların oyunçuları ilə müzakirə apardığı barədə xəbərlər yayılır. Bu doğru deyil. Şayiə yayanlar “Traxtur” klubunun diqqətini qarşısına qoyduğu hədəfdən yayındırmaq istəyir.”- deyə o qeyd edib.
Klub rəsmisi sözlərinin davamında bildirib ki, mənim bütün oyunçulara hörmətim var. Lakin hamı bilməlidir ki, hal-hazırda “Traxtur” komandasının oyunçuları ən yaxşı futbolçular sırasındadır.
Fərşid Rəufi söhbəti zamanı komanda tərəfdarlarına da müraciət edib. “Hələ ki, 19-cu super liqa yarışları qeyri-müəyyən vəziyyətdədir. Oyunçu transferi haqda danışmaq çox yersizdir. “Traxtur” tərəfdarları xəbərləri yalnız klubun rəsmi saytından izləsin. Bu vəziyyət davam edəcəyi təqdirdə, klub şayiə yayan mətbuat orqanları və komandalara qarşı qanun çərçivəsində lazımi tədbirlər görəcək.

Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |